Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çayın dibində içərisində zorlanmış uşaq cəsədi olan çanta tapıldı - FOTO

Çayın dibində içərisində zorlanmış uşaq cəsədi olan çanta tapıldı - FOTO

Tarix: 31 May 2022 10:02

Rostov-na-Donu şəhərində Temernik çayının dibində üzərində zorakılıq əlamətləri olan oğlan meyiti tapılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rostov vilayətinin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, uşağın cəsədi çantanın içində aşkar olunub.

İlk baxışdan 5-7 yaşlı oğlanın qətlində atası şübhəli bilinib. 1990-cı il təvəllüdlü valideyn artıq saxlanılıb.

Kişinin birgə yaşadığı qadınla daim spirtli içki qəbul edərək işdən yayındığı bildirlib. O, bir qutu pivə və enerji içkiləri oğurladığı üçün işdən çıxarılsa da, iş yoldaşları tərəfindən adekvat insan kimi xarakterizə olunub.

Dindirmə zamanı ata oğlunun öldüyünü, lakin həbs cəzasından qorxaraq meyiti çayda gizlətmək qərarına gəldiyini bildirib.

Kişi oğlana qarşı cinsi təcavüz iddialarını rədd edib.


Etiketlər:  Çayın dibində içərisində zorlanmış uşaq cəsədi olan çanta tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ