Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur "qanuni oğru"nun oğulları həbs olundu

Məşhur

Tarix: 31 May 2022 15:08

Gürcüstanın paytaxtı Tbilisidə Quku və David Kakulya qardaşları həbs olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onlar Tbilisinin mərkəzindəki davada iki nəfəri güllələyiblər. Qardaşlar hadisə yerindən qaçsa da, azərbaycanlıların yaşadığı Ortaçala rayonundakı evlərin birində ələ keçiblər.

Onların üzərindən odlu silah götürülüb.

Xatırladaq ki, Kakulya qardaşları Gürcüstanın məşhur "qanuni oğru"larından olan "Dato Tbiliski"nin övladlarıdır.

Milli.Az


Etiketlər:  Məşhur qanuni oğrunun oğulları həbs olundu


RƏYLƏR