Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 18:08
Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bununla bağlı "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.
Qanunun hazırkı 4.1-ci bəndi belədir: "Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır".
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Bu layihənin məqsədi sığorta olunanlar üçün əlçatanlığı təmin etməkdir.
Bu fikirləri "Xəbər Ertəsi"nə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.