Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni mərhum qardaşına ad günü etdi - VİDEO

Azərbaycanlı müğənni mərhum qardaşına ad günü etdi - VİDEO

Tarix: 31 May 2022 18:15

Müğənni Xatun Əliyeva mərhum stilist qardaşı Balaşa ad günü edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məclis şəhər restoranlarından birində keçirilib. İfaçını həmin gün sənət dostları da tək qoymayıb.

Əməkdar artist Mətanət İsgəndərli, müğənni Nazənin, aparıcı Lamiyə Ələkbərova da qonaqlar arasında olub. M.İsgəndərli məclisdə mahnılar oxuyub.

Qonaqlar görüntüləri sosial şəbəkədə paylaşıblar.

"Qısa ömrün şərəfli yolu. Bu gün Balaşın Balaşsız günüdür. Yaşasaydı 39-cu baharını qeyd edəcəkdik. Vaxtsız gedişin, qəm yükümə fərmandır. Yazı yazan belə yazdı, əzizim. Xatirəsi sevənləri və doğmaları üçün əziz olan Balaş, yerin behişt, ruhun şad olsun. Mövludun mübarək" deyə, Xatun paylaşımında yazıb.

Qeyd edək ki, Balaş ötən il beyin xərçəngindən dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni mərhum qardaşına günü etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ