Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 11:16
Külli miqdarda dələduzluqda təqsirləndirilən Turkut İlknur Pərviz qızı və Əliyeva Aytac Pərviz qızının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib.
Qeyd edək ki, Turkut İlknur və Əliyeva Aytac bacıları 11 nəfərə müxtəlif vədlər verərək dələduzluq yolu ilə onların pullarını əllərindən alıblar. Həmçinin A. Əliyeva Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədridir.