Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda küçədə qumbara aşkarlandı - FOTO

Bakıda küçədə qumbara aşkarlandı - FOTO

Tarix: 1 Iyun 2022 11:46

Bakıda küçədə qumbara aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın partladıcısı üzərində olan döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin pirotexnikləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Etiketlər:  Bakıda küçədə qumbara aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ