Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 14:08
Gədəbəy rayonunda bir qrup sakin podratçı şirkətdən əmək haqlarını ala bilmirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun abadlıq və quruculuq işlərində işləyən sakinlərə 8 aydır ki, müxtəlif vədlər verilir. Üstəlik, işçilərlə əmək müqaviləsinin bağlanmadığı da iddia edilir.
Sözügedən MSTS MMC podratçı şirkətin iş icraçısı Zahid Şahbazov isə "Xəzər Xəbər"ə bildirib ki, işçilərin əmək haqlarının geçikməsi şirkətin maliyyə məsələlərində yaranan durğunluqla bağlıdır. Onun sözlərinə görə, şirkət rəhbərliyi bu istiqamətdə müvafiq addımlar atır və bu həftənin cümə günü hər bir işçinin əmək haqqı veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: