Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dubayın hakim ailəsinin üzvü tiltrotop idarə edən ilk qadın oldu - VİDEO - FOTO

Dubayın hakim ailəsinin üzvü tiltrotop idarə edən ilk qadın oldu - VİDEO - FOTO

Tarix: 1 Iyun 2022 16:52

Dubayın hakim ailəsinin üzvü Moza bint Mərvan Əl Maktum AW609 tiltrotor (konvertoplan) idarə edən ilk qadın oldu.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Dubay polisinin ilk qadın baş leytenantı da hesab edilən Şeyxa Moza tiltrotoru bir saat ərzində idarə edərək "Leonardo" şirkətinin Filadelfiyadakı qərargahına yollanıb.

Qeyd edək ki, tiltrotor - dönən motor qapağı və ya motor səbətinə bərkidilmiş bir və ya birdən çox rotorun yaratdığı itələmə və daşıma qüvvələri ilə hərəkət edən hava nəqliyyatı vasitəsidir. Şaquli olaraq qalxıb-enə, həmçinin helikopter kimi havada sabit qala bilir, bu zaman turbopərvanəli təyyarə kimi rahat olur.

Tiltrotor saatda 500 km sürətlə uça bilir. Ondan təcili tibbi yardım xidmətləri, axtarış-xilasetmə və hökumət missiyaları daxil olmaqla müxtəlif missiyalar üçün istifadə etmək mümkündür.


Etiketlər:  Dubayın hakim ailəsinin üzvü tiltrotop idarə edən qadın oldu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ