Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 17:16
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ölkəmizdə səfərdə olan Çex Respublikasının Sənaye və Ticarət Nazirliyinin Xarici iqtisadi siyasət departamentinin direktoru Martin Pospisilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
KOBİA-da təşkil olunmuş görüşdə ölkələrimizin biznes subyektləri arasında davamlı və uzunmüddətli əlaqələrin qurulmasına qarşılıqlı maraq ifadə edilib, biznes missiyaların təşkilinə, birgə müəssisələr yaratmaqda maraqlı olan yerli KOB-larla əməkdaşlığa, Çexiyanın müvafiq təşkilatları ilə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, KOBİA ölkəmizə investisiya yatırmaq, biznes qurmaq istəyən çex iş adamlarına dəstək göstərə bilər.