Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 18:06
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü istisna edilmir. Bu görüş üzərində iş dayandırılmış sənəd əsasında hazırlanmalı və yekunlaşdırılmalıdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bizim mövqeyimiz və Rusiya Prezidentinin Zelenski ilə görüşlə bağlı mövqeyi hamıya məlumdur. Heç kim belə bir görüşü istisna etmir, bunu heç vaxt istisna etməyib. Lakin bu görüşü hazırlamaq lazımdır. Putinin Zelenski ilə görüşü sırf müəyyən bir sənədi yekunlaşdırmaq üçün məna kəsb edir. Hansı ki, həmin sənəd üzərində iş çoxdan dayandırılıb və o vaxtdan bəri bərpa olunmayıb", - Peskov jurnalistlərə Putinlə Zelenski arasında görüş ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.