Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna yığmasının lideri müharibədən danışaraq ağlayıb - VİDEO

Ukrayna yığmasının lideri müharibədən danışaraq ağlayıb - VİDEO

Tarix: 1 Iyun 2022 19:00

Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zinçenko DÇ-2022-nin pley-off seçimi çərçivəsində Şotlandiya millisi ilə oyun öncəsi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, jurnalist futbolçudan şotlandlarla qarşıdakı oyunla bağlı sual verib. Aleksandr müharibə haqqında dediyi sözlər zamanı duyğularını saxlaya bilməyib.

"Ukraynalıların hər birinin əsas arzusu var - müharibəni dayandırmaq. Mən müxtəlif ölkələrdən çoxlu insanlarla danışmışam. Ukraynalı uşaqlarla danışmışam, onlar heç nə başa düşmürlər, amma bir şeyi deyirlər: "Arzu edirəm ki, müharibə bitsin".

Amma futboldan danışsaq, bizim də öz arzumuz var - dünya çempionatına getmək və bu çətin zamanda bu emosiyaları ukraynalılara bəxş etmək. Çünki onlar buna layiqdirlər.

Sabahkı oyundan çox ukraynalının iştirak etmək imkanı olmayacaq, amma biz onların dəstəyini hiss edəcəyik. Çox şey deyə bilərsiniz, amma biz bunu meydanda etməliyik. Biz ukraynalıları sevindirməyə çalışacağıq", - Zinçenko bildirib.

Xatırladaq ki, çərşənbə günü, iyunun 1-də futbol üzrə Ukrayna yığması səfərdə 2022-ci il dünya çempionatının pley-off mərhələsində Şotlandiya komandası ilə qarşılaşacaq. Oyun Qlazqodakı Hampden Parkda keçiriləcək.

Bu oyunun qalibi 2022-ci il dünya çempionatının daha bir iştirakçısının müəyyənləşəcəyi Uels millisi ilə oyun keçirəcək.

Ukrayna millisi artıq Şotlandiyanın Qlazqo şəhərinə gəlib. Buna qədər milli komanda Sloveniyada məşq edib.

Aslan Məmmədov


Etiketlər:  Ukrayna yığmasının lideri müharibədən danışaraq ağlayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ