Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binanın girişini bağlayan BMW yandırıldı - VİDEO

Binanın girişini bağlayan BMW yandırıldı - VİDEO

Tarix: 2 Iyun 2022 15:30

Sankt-Peterburqda evlərdən birinin yaxınlığında BMW markalı avtomobil tamamilə yanıb. Video "Piteraç" "Telegram" kanalında yayımlanıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Fəhlə bulvarında baş verib. Kişi avtomobilini birbaşa binanın girişində saxlayıb və bununla da həyətə giriş-çıxışın qarşısını kəsib. Bu da yerli sakinlərdən birinin xoşuna gəlməyib və o, avtomobilə yaxınlaşaraq onun üzərinə yanar maye səpib, avtomobili yandırıb. Nəticədə avtomobil tamamilə yanıb. Bu anlar kameralara əks olunub. 

BMW-dən başqa, yaxınlıqda dayanmış "Kia Rio" da zərər çəkib. Yanğının təsirindən avtomobilin qabaq bamperi və farası əriyib. Polis hadisəni törədən şəxsi axtarır.


Etiketlər:  Binanın girişini bağlayan yandırıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ