Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tarlasını şumlayarkən 1 600 dollara satılan daşlardan tapdı - ''Oğrular gecələr gəlib maşınlarla daşıyırdılar''

Tarlasını şumlayarkən 1 600 dollara satılan daşlardan tapdı - ''Oğrular gecələr gəlib maşınlarla daşıyırdılar''

Tarix: 3 Iyun 2022 03:24

Bursada əkinçiliklə məşğul olan Əli Aydın tarlasını şumlayarkən bənövşəyi daşlar aşkar edib.

Sonxeber.net Sfera.az-a istinadən bildirir ki, sözügedən daşlar haqqındakı reallıq isə eşidənləri təəccübləndirib. 

Harmancık rayonunun Akpınar kəndində yaşayan Ə.Aydın tarlasındakı daşları analiz etdirmək qərarına gəlib. Nəticədə məlum olub ki, bunlar "jade" daşlarıdır və zərgərlikdə istifadə olunur. Yaponların "uğur daşı" kimi tanınan daşlardan təminən 1 tonuna sahib olan Ə.Aydın alıcı tapacağı təqdirdə onları 60 min lirəyə satmağı düşündüyünü deyib.  

Ə.Aydın daşların böyük bir qisminin tarlasından oğurlandığını bildirib. Onun sözlərinə görə, bölgədəki başqa kəndlilər də bu daşlardan aşkarlayıblar, amma daşı tanımadıqları üçün ucuz qiymətə satıblar. 

"Tarlamdakı bənövşəyi daşların qiymətli olduğunu öyrənənlər gecələr yük maşınları ilə gəlib oğurladılar. Biz daşın dəyərini anlayana qədər tarlamdakı daşların hamısı yoxa çıxdı. İndi bu daşın tonu 1 600 dollardır. Tarlamdan 7 maşın daş oğurlanıb", - deyə Ə.Aydın qeyd edib. 


Etiketlər:  Tarlasını şumlayarkən dollara satılan daşlardan tapdı Oğrular gecələr gəlib maşınlarla daşıyırdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ