Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2022 17:46
Ukrayna Prezidenti Vladimir Zelenski sülh razılığına gəlmək və ölkəsinin ərazi bütövlüyünü qorumaq istəyir, lakin Vladimir Putin ona bu imkanı vermir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Eduard Heger deyib.
"Siz soruşun, onlar danışıqlar apara bilərmi? Nə barədə? Ukrayna öz ərazisini Rusiyaya versin deyəmi? Ona görə ki, Rusiya bunu düzgün hesab edir?" - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, müharibə ona görə baş verdi ki, demokratik dünya Putinin təbiətinə laqeyd yanaşdı.