Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST Ukrayna ilə bağlı çağırış etdi

ÜST Ukrayna ilə bağlı çağırış etdi

Tarix: 3 Iyun 2022 23:20

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiya ilə müharibənin davam etdiyi Ukraynada dinc əhaliyə və qonşu ölkələrə sığınan ukraynalı qaçqınlara tibbi xidmət göstərmək üçün 147,5 milyon ABŞ dolları məbləğində yardım çağırışı edib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən mətbuat konfransında çıxış edən ÜST-ün Ukrayna üzrə nümayəndəsi Carno Habiçt Ukraynada səhiyyə xidmətlərinin son vəziyyətini qiymətləndirən zaman deyib.

Habiçt bugünədək Rusiya hərbçilərinin Ukraynadakı sağlamlıq mərkəzlərinə hücumlarının sayının 269-a yüksəldiyini, bu hücumlarda 76 nəfərin öldüyünü, 59 nəfərin yaralandığını bildirib.

Hücumlar nəticəsində bəzi sağlamlıq binalarının dağıldığını bildirən Habiçt qarşıdurma bölgələrindəki bir çox xəstəxana və klinikanın ehtiyacı olanlara sağlamlıq xidməti göstərə bilmədiyini əlavə edib.

O, müharibənin Ukrayna xalqına ağır psixoloji ziyan vurduğunu vurğulayaraq, ÜST-ün ölkədəki şəxsi heyətin sayını artırdığı və ukraynalılara kömək üçün münaqişələrdən zərər çəkmiş bölgələrə 543 ton tibbi ləvazimat verdiyini qeyd edib.

Ukraynada müharibə nəticəsində dağıdılmış səhiyyə xidmətlərinin bərpasının zəruriliyini vurğulayan Ukrayna nümayəndəsi ÜST-ün hazırkı ianə çağırışını artırdığını və ukraynalılar üçün 147,5 milyon dollarlıq ianə kampaniyasına başladığını açıqlayıb.

Habiçt qeyd edib ki, bu rəqəmin 80 milyon dolları ölkə daxilində mülki şəxslərə, 67,5 milyon dolları isə qonşu ölkələrə sığınan ukraynalı qaçqınlara tibbi yardım üçün istifadə olunacaq.


Etiketlər:  ÜST Ukrayna ilə bağlı çağırış etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ