Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 07:26
Norveçin Stavanger şəhərindəki şahmat üzrə "Norway Chess" turniri davam edir.
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yarışın əsas mərhələsində növbəti görüşlərini keçiriblər. Məmmədyarov yarışın dördüncü günündə çinli Van Haonu qara fiqurlarla məğlub edib və 7 xalla 4-cü pillədə qərarlaşıb.
Fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla heç-heçəyə razılaşan Rəcəbov isə. ikinci görüşdə rəqibini məğlub etməyi bacarıb. 3 xala malik olan 35 yaşlı qrossmeyster hazırda 8-cı sıradadır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.