Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 15:44
Bakı. Samir Əli - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə çaylarında sululuq səviyyəsini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Trend-ə açıqlamasında bildirib ki, sentyabrın 18-də respublika çaylarında su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə keçirilən monitorinqlərə əsasən Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 160 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.
Tranzit çaylarda aparılan monitorinqlərə əsasən Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 126 m3/s qeydə alınıkir , bu da ongünlük normaya yaxın olmaqla normanın 91 faizini təşkil edir. Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 46 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 58 m3/s təşkil etməklə ongünlük normadan çox olub.
Kür çayının aşağı axınında isə suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 15 sm artaraq 425 sm təşkil edib.
A.Verdiyev bildirib ki, respublika çaylarında su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən ölkə və transsərhəd çaylarda müntəzəm hidroloji monitorinqlər keçirilir.
Qeyd edək ki, 18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür. Bu gün dünyanın bir çox ölkəsində qeyd olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin