Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boris Consonun yerinə namizədlər kimlərdir?

Boris Consonun yerinə namizədlər kimlərdir?

Tarix: 6 Iyun 2022 23:56

Xəbər verdiyimiz kimi, Böyük Britaniya Parlamentində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsi başlayıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Britaniyanın "The Times" qəzeti Boris Consona etimadsızlıq elan olunacağı halda baş nazir postuna mümkün namizədlərin siyahısını dərc edib.

Siyahıya maliyyə naziri Rişi Sunak, müdafiə naziri Ben Uolles, müdafiə naziri Nadim Zahavi, daxili işlər naziri Priti Patel, xarici işlər naziri Elizabet Trass, keçmiş xarici işlər naziri Ceremi Hant, səhiyyə naziri Sacid Cavid, mənzil-kommunal xidmətlər naziri Maykl Qove daxildir.

Qəzet həmçinin İcmalar Palatasının beynəlxalq komitəsinin rəhbəri Tom Tugendhat, kiçik ticarət siyasəti naziri Penni Mordont və parlamentari Stiv Beykerin adını çəkir.


Etiketlər:  Boris Consonun yerinə namizədlər kimlərdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ