Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Avstraliya mundiala daha da yaxınlaşdı

DÇ-2022: Avstraliya mundiala daha da yaxınlaşdı

Tarix: 8 Iyun 2022 08:16

DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində daha bir qarşılaşma baş tutub. Milli.Az matc.az-a istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avstraliya yığmaları qarşılaşıb.

Qətərin Əl-Rayyan şəhərində təşkil olunmuş qarşılaşma Avstraliyanın qalibiyyəti ilə yekunlaşıb - 2:1. Hesabı 53-cü dəqiqədə Cekson İrvayn açıb. Bundan 4 dəqiqə sonra Kannedo Kayo ərəblərin bərabərlik qolunu vurub. Lakin 84-cü dəqiqədə Aydin Xrustiç qələbə topunun müəllifi olub.
 
Bununla da Avstraliya qitələrarası seçmə oyuna vəsiqə qazanıb. İyunun 13-də baş tutacaq həlledici oyunda rəqib Peru millisi olacaq. Bu cütün qalibi DÇ-2022-yə vəsiqə qazanacaq.
 
DÇ-2022-yə sonuncu vəsiqə uğrunda görüş isə iyunun 14-də Kosta Rika və Yeni Zelandiya yığmaları arasında olacaq.

Milli.Az


Etiketlər:  2022 Avstraliya mundiala daha da yaxınlaşdı


RƏYLƏR