Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOBİA ilə ''AmCham'' arasında əməkdaşlıq müzakirə edilib

KOBİA ilə ''AmCham'' arasında əməkdaşlıq müzakirə edilib

Tarix: 8 Iyun 2022 15:24

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") rəhbəri Nərgiz Nasrullayeva-Müdüroğlu və palatanın üzvləri ilə görüşüb.

Sonxeber.net bu barədə agentliyə istinadən məlumat verir.

Görüşdə birgə əməkdaşlığa dair atılacaq addımlar, o cümlədən innovativ təşəbbüslərə əsaslanan layihələrin və startapların inkişafının dəstəkləməsi, biznes etikası, korporativ idarəetmə və sosial məsuliyyət barədə birgə təşviqedici tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin, korporativ standartların mikro, kiçik və orta sahibkarlar arasında təşviqi, "Green energy" ilə bağlı müvafiq assosiasiyalarla birgə tədbirlərin təşkili müzakirə edilib.


Etiketlər:  KOBİA ilə AmCham arasında əməkdaşlıq müzakirə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ