Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övladını itirən xalq artisti - ''Bu haqda danışmaq istəmirəm''

Övladını itirən xalq artisti - ''Bu haqda danışmaq istəmirəm''

Tarix: 8 Iyun 2022 16:10

"Hər bir dərdə, çətinliyə, dözmək olar. Amma övlad itkisinə dözmək çox ağırdır. Allah heç bir ananı övladı ilə imtahana çəkib, gözüyaşlı qoymasın. Çünki bunları mən yaşamışam".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova qonaq olduğu "Bizimləsən" proqramında deyib. Aktrisa yaşadığı çətinliklərdən danışıb:

"Nə qədər əməliyyatlar keçirtmişəm. Başıma min müsibət gəlib, amma televiziya vasitəsi ilə heç kimdən nəsə istəməmişəm. O qədər problemlərim var ki... Problemlər üçün buraya çıxmamışam. Hər zaman tamaşaçılara gülüş bəxş eləmişəm. İstəmirəm ki, içimdəkilərin cüzi hissəsini belə tamaşaçılar hiss eləsin".

Aparıcı Zaur Baxşəliyevin "Siz oğlan övladınızı itirmisiniz" sualına F.Mahmudova belə cavab verib:

"Bu haqda danışmaq istəmirəm. Mən o əzabı çəkmişəm. Ömrümboyu da o əzabı çəkəcəyəm".


Etiketlər:  Övladını itirən xalq artisti haqda danışmaq istəmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ