Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 08:34
Ankarada torpaq sürşməsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Çankaya rayonunda baş verən hadisə nəticəsində istinad divarı uçub.
Bununla əlaqədar 4 bina və 1 gecəqonduda olan sakinlər ehtiyat tədbiri olaraq təxliyə edilib.
Əldə edilən məlumata görə, əyalət boyu yağan güclü yağışdan sonra Birlik məhəlləsi 408-ci küçədə yerləşən 4 mərtəbəli binanın istinad divarı uçub.
Bu arada, park halında 3 avtomobil uçan istinad divarının altında qalıb.
Bildirilib ki, təxliyə edilən mənzillərdə yaşayan vətəndaşların bir qismi yaxınlarının yanına gedib, bir qismi isə bələdiyyə tərəfindən qonaq evlərinə və mehmanxanalara yerləşdirilib.