Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 16:02
Azərbaycanda 65 yaşına çatmış işçilərin əmək müqaviləsinə xitam verilir. Ancaq bəzi şəxslər bu yaşdan sonra da işləmək istəyirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, mövzuya münasibət bildirən millət vəkili Vahid Əhmədov 65 yaşa çatan işçilərin bir qayda olaraq işdən çıxarılmasını düzgün hesab etmədiyini söyləyib.
Millət vəkilinin fikrincə, həmin şəxslərin bilik və təcrübələrindən yararlanmaq lazımdır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı isə deyib ki, əmək faəliyyətindəki yaş həddi ilə bağlı qaydalar özəl və bəzi dövlət müəssisələrinə aid edilmir.
Onun sözlərinə görə, 65 yaşını tamamlamış şəxslər istisna hallarda əmək fəaliyyətinə davam edə bilərlər. Amma bunun üçün sadəcə işçinin istəyi kifayət etmir.
Sektor müdiri bildirib ki, istisna hallarda dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçilərinin əmək müqaviləsi 5 ildən artıq müddətə uzadıla bilər. Bunun üçün həmin şəxsin elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: