Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

20 dəqiqə ərzində 11 partlayış - FOTO

20 dəqiqə ərzində 11 partlayış - FOTO

Tarix: 10 Iyun 2022 14:24

Ruslar Rusiya Federasiyası ərazisindən Çerniqov vilayətinin sərhəd yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə "Pivniç" Əməliyyat Komandanlığı məlumat yayıb.

"Saat 07:20-dən 07:40-a kimi müşahidəçilər Qremyaç istiqamətində top artilleriyasından 11 partlayış qeydə alıblar. Heyət və texnika arasında itki yoxdur. Yerli əhali arasında itkilər və mülki infrastruktura ziyan dəyməsi barədə məlumat yoxdur. Saat 08:15-dən 08:20-dək Mixalçın Sloboda istiqamətində, ehtimal ki, 120 mm-lik minaatandan 10 partlayış qeydə alınıb. Saat 09:30 radələrində yerli əhalidən həmçinin 2 partlayış barədə məlumat daxil olub. 

Heyət və texnika arasında itki yoxdur. Yerli əhali arasında itki yoxdur, qeyri-yaşayış binasına ziyan dəyib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  20 dəqiqə ərzində 11 partlayış FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ