Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda İLK - Uşaqlardan mütləq bu test götürüləcək - VİDEO

Azərbaycanda İLK - Uşaqlardan mütləq bu test götürüləcək - VİDEO

Tarix: 11 Iyun 2022 18:54

İndiyədək Azərbaycanda topuq testinə 800-ə yaxın uşaq cəlb olunub. Bunu Elmi-tədqiqat mamalıq və ginekologiya institutunun şöbə müdiri Rüstəm Hüseynov deyib. O bildirib ki, institutun laboratoriyasında nümunələr üzrə 5 irsi xəstəliyin aşkarlanması mümkündür.

İndiyədək  ölkəmizdə topuq testinə 800-ə yaxın uşaq cəlb olunub.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Rüstəm Hüseynovun sözlərinə görə topuq testi yenidoğulmuşların dabanından qan nümunəsi götürülməklə həyata keçirilir. Doğum evlərində götürülən nümunələr laborator müayinə üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilir .

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, şöbə müdiri bildirib ki, yalnız 2 valideyn heç bir səbəb göstərmədən müayinədən imtina edib.

Yenidoğulmuşlar arasında anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədi ilə 2022-ci ilin may ayından etibarən dövlət tibb müəssisələrində aparılan neonatal skrininq müayinələr nəticəsində heç bir körpədə xəstəlik aşkarlanmayıb. Tibbi ədəbiyyatda "topuq testi" adlandırılan bu müayinələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ildən icrasına başlanılan "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı" və "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində həyata keçirilib. ÜST-nin tövsiyəsi ilə yenidoğulmuşların skrininqi uşaqlar üçün mütləq vacib olan testlər siyahısına daxil edilib.

Milli.Az


Etiketlər:  Azərbaycanda İLK Uşaqlardan mütləq bu test götürüləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ