Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvadan DÜNYAYA MESAJ: çalxalanma başladı, yeni format yaranır

Moskvadan DÜNYAYA MESAJ: çalxalanma başladı, yeni format yaranır

Tarix: 11 Iyun 2022 22:20

"Dünyada ABŞ-ın rəhbərlik etdiyi mövcud G7-yə alternativ olacaq yeni G8-in formalaşması üçün şərait yaradılıb".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

"Vaşinqton və onun müttəfiqləri tərəfindən mövcud iqtisadi münasibətlərin pozulması dünyada yeni artım nöqtələrinin formalaşmasına səbəb oldu", - Volodin qeyd edib.

O bildirib ki, G7 ölkələrinin iqtisadiyyatları Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ağırlığı altında çalxalanır:

"ABŞ-da 2022-ci ilin birinci rübündə ÜDM 1,5% azalıb, inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çataraq 8,6% təşkil edib.

Eyni zamanda, sanksiya müharibələrində iştirak etməyən böyük ölkələr ÜDM-in PPP üzrə G7-ni 24,4% qabaqlayır.

ABŞ öz əlləri ilə Rusiya və onunla bərabərhüquqlu dialoq qurmaq istəyən ölkələri: Çin, Hindistan, İndoneziya, Braziliya, Meksika, İran və Türkiyənin daxil olacağı yeni G8-in formalaşması üçün şərait yaratdı.".

Xatırladaq ki, "Yeddilik Qrupu"na (G7) ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya daxildir.

1997-2014-cü illərdə Rusiya qrupa qoşulduqdan sonra G7 G8 adlandırıldı. Bu format 2014-cü ilin yayında, Krımın Rusiya Federasiyası tərəfindən ilhaqından sonra fəaliyyətini dayandırdı.

Milli.Az


Etiketlər:  Moskvadan DÜNYAYA MESAJ çalxalanma başladı yeni format yaranır


RƏYLƏR