Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə evlər və obyektlər yenidən qurulur - VİDEO

Gəncədə evlər və obyektlər yenidən qurulur - VİDEO

Tarix: 13 Iyun 2022 13:08

Bölgələrdə vətən müharibəsi zamanı ermənistan silahlı qüvvələrinin dinc yaşayış bölgələrinə hücumları nəticəsində  dağılmış yaşayış və digər obyektlərin bərpası davam edir. Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə də mənfur düşmənin raket hücumları zamanı dağılan evlər və digər obyektlər yenidən qurulur. 

Gəncə 44 günlük Vətən müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzündən ən çox ziyan çəkmiş şəhərlərimizdəndir. Müharibə zonasından 100 km uzaqlıqda yerləşən şəhərə endirilən raket zərbələri nəticəsində 3800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağıdılıb və ya qismən ziyan görüb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ötən ildən başlayaraq sakinlərə dəymiş zərər xüsusi komissiya tərəfindən qiymətləndirildikdən sonra ziyan görmüş evlərin bərpası və ya tikintisi aparılır. Bu günə kimi 3450-dən çox tikili təmir-bərpa olunub, 21 yaşayış evi yenidən tikilib və hazırda onların bəzilərinin təmir işləri aparılır. Bununla yanaşı 16 yaşayış evi və 1 bağçanın inşası, 300-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir.

Gəncənin Nəriman Nərimanov prospektində yaşayan Həsənovlar ailəsi də erməni vəhşiliyindən zərər görənlərdəndir. Şəhərə ilk endirilən raket zərbəsi nəticəsində evi dağılan ailənin hazırda mənzil problem tam həll olunub. 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin müharibə dönəmində təcavüzü nəticəsində respublikanın 11 şəhər və rayonunda vətəndaşlara və dövlət mülkiyyətinə ziyan dəyib. Ölkə başçısının müvafiq göstərişlərinə uyğun 2021-ci ildən etibarən yaşayış və qeyri-yaşayış obyektlərinin bərpası davam etdirilir. İndiyədək tikintisi və təmiri yekunlaşmış evlər sahiblərinin ixtiyarına verilib. 

Milli.Az


Etiketlər:  Gəncədə evlər obyektlər yenidən qurulur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ