Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 08:08
Gürcüstan vətəndaşlarının 69,8 faizi "Gürcü arzusu" hakimiyyətinin Ukraynadakı böhrandan dolayı Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmama qərarını düzgün hesab edir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə GORBI Beynəlxalq İctimai Rəy və Biznes Mərkəzinin 2-7 iyun tarixlərində apardığı sorğunun nəticələrində deyilir.
Məlumata görə, respondentlərin 27,1 faizi hakimiyyətin indiki siyasi addımı ilə razı deyil, 3,1 faizi isə suala cavab verə bilməyib.
Bundan əlavə, sorğuda iştirak edənlərin 77,6 faizi də "Gürcü arzusu"nun ölkəni Rusiya-Ukrayna konfliktinə cəlb etməməsi siyasəti ilə razıdır. 20,8 faizlik kəsim rəsmi Tiflisin bu mövqeyinə mənfi yanaşır, 1,6 faiz isə mövqeyini müəyyən edə bilməyib.