Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 08:27
Həkim-dietoloq gavalıların az bilinən faydalı keyfiyyətlərindən danışıb. Mixail Qinzburq meyvənin bağırsaqları bərpa etdiyini, hipertoniyaya səbəb olan prosesləri azaltmağa və qan təzyiqini aşağı salmağa qadir olduğunu söyləyib.
Həkim deyib: "Gavalıda iltihab əleyhinə təsir göstərən elementlər var. Gavalının istehlakı qan axınını yaxşılaşdırır.
Meyvə, həmçinin bədəndəki artıq mayenin xaric olunmasına kömək edir və bu da təzyiqin azalmasına səbəb olur".
Həkim-dietoloq eyni zamanda gavalının damar divarlarını gücləndirməyə qadir olduğunu əlavə edib. Bu meyvədə bədən üçün lazım olan C vitamini, kalium və mis var.
Qeyd etmək lazımdır ki, gavalını gündə 150 qramdan çox yeməmək tövsiyə olunur.