Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın rəqibi bilindi - PÜŞK ATILDI

''Qarabağ''ın rəqibi bilindi - PÜŞK ATILDI

Tarix: 14 Iyun 2022 14:18

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının yeni mövsümündəki ilk rəqibi müəyyənləşdi.

Sonxeber.net bildirir ki, Ağdam təmsilçisinin qarşılaşacağı komanda I təsnifat mərhələsinin püşkatması zamanı bəlli oldu.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başladı. Püşkatma UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirildi. Püşkatmaya 29 ölkənin çempionu və ilkin mərhələnin qalibi qatıldı.

Onlar 15 cüt təşkil etdi. Püşk zamanı "Qarabağ" səpələnmişlər səbətində yer aldı. Qurban Qurbanovun yetirmələri digər səbətdəki komandalardan biri ilə düşə bilərdi. UEFA Azərbaycan çempionunun mümkün rəqiblərinin sayını 5-ə endirmişdi. Püşk Ağdam təmsilçisinə "Zrinski" (Bosniya və Herseqovina), "Lex" (Polşa), "Hibernians" (Malta), "Şkupi" (Şimali Makedoniya) və "Dinamo" (Batumi, Gürcüstan) "beşliy"indən birini rəqib edəcəkdi.

"Qarabağ"ın rəqibi Polşanın "Lex" klubu oldu.

"Lex" (Polşa) - "Qarabağ"

Çempionlar Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər
"Lüdoqorets" (Bolqarıstan)
ÇFR (Rumıniya)
"Ferensvaroş" (Macarıstan)
"Maribor" (Sloveniya)
"Düdelanj" (Lüksemburq)
"Malmö" (İsveç)
"Bodo Qlimt" (Norveç)
HİK (Finlandiya)
TNS (Uels)
"Jalgiris" (Litva)
"Qarabağ" (Azərbaycan)
"Şerif" (Moldova)
"Slovan" (Slovakiya)
"Linkoln" (Cəbəllütariq)
"Şemrok Rovers" (İrlandiya)

Səpələnməmişlər
"Sutyeska" (Monteneqro)
"Şaxtyor" (Belarus)
"Tobol" (Qazaxıstan)
"Pünik" (Ermənistan)
"Tirana" (Albaniya)
"Linfild" (Şimali İrlandiya)
"Klasksvik" (Farer adaları)
İlkin mərhələnin qalibi
RFS (Latviya)
"Balikani" (Kosovo)
"Zrinski" (Bosniya və Herseqovina)
"Lex" (Polşa)
"Hibernians" (Malta)
"Şkupi" (Şimali Makedoniya)
"Dinamo" (Batumi, Gürcüstan)

Qeyd edək ki, həm Çempionlar Liqasında, həm də Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın hər iki turnirin növbəti raundundakı mümkün rəqibləri, həmçinin yarışın ilk mərhələsindən azad olan Azərbaycan klubları "Neftçi", "Zirə" və "Qəbələ"nin Konfrans Liqasında qarşılaşacağı komandalar bilinəcək.

Aslan Məmmədov


Etiketlər:  Qarabağın rəqibi bilindi PÜŞK ATILDI


RƏYLƏR