Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Navalnı ciddi rejimli həbsxanaya köçürüldü

Navalnı ciddi rejimli həbsxanaya köçürüldü

Tarix: 15 Iyun 2022 17:54

Rusiyalı müxalifət bloger Aleksey Navalnı Pokrovdakı standart rejimli həbsxanadan Vladimir vilayətindəki Melexovodakı ciddi rejimli həbsxanaya köçürülüb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə regional ictimai nəzarət komissiyasının sədri Sergey Yazan məlumat verib.

İyunun 14-də Aleksey Navalnının vəkilləri bildiriblər ki, siyasətçi onun dələduzluq işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra Vladimir vilayətinin Pokrov şəhərindəki həbsxanadan ciddi rejimli həbsxanaya köçürülüb.

Vladimir vilayətinin insan hüquqları üzrə komissarı Lyudmila Romanova deyib ki, həbsxana yaxşı reputasiyaya malikdir.

Milli.Az


Etiketlər:  Navalnı ciddi rejimli həbsxanaya köçürüldü


RƏYLƏR