Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hansı ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur?

Hansı ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur?

Tarix: 15 Iyun 2022 19:18

İşçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və sair) icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunurmu?

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən, muzdla işləyən fiziki şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığorta olunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əməkhaqqının tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilib. Həmin maddənin üçüncü hissəsinə görə əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Qeyd olunanlara əsasən, işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və sair) əməkhaqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Milli.Az


Etiketlər:  Hansı ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ