Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 08:50
Cəbhədə vəziyyət ağırdır, çünki Ukrayna hələ də kifayət qədər ağır paritet silahlara malik deyil.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Bu gün cəbhədə baş verənlər çox mürəkkəbdir. Hərbçilər bacardıqca bu nisbəti sözün hərfi və məcazi mənasında bərabərləşdirməyə çalışırlar. Bu gün artıq dünyada baş verən və yaxın gələcəkdə baş verəcək hadisələri nəzərə alaraq hesab edirik ki, biz bu paritetə nail ola, əks-hücumlara keçə biləcəyik və zəbt edilmiş şəhər və kəndlərimizi geri qaytarmağı bacaracağıq", - Danilov qeyd edib.