Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 12:08
Mühəndis, ixtisaslı fəhlələr, sürücü, mühasib və digər peşələrə Qarabağda tələbat var. Bu vakansiyalar üzrə 1000-1500 manat əmək haqqı ilə təklif olunur.
Sonxeber.net İTV-yə istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Vüqar İmanov bildirib ki, iş yerləri ilə bağlı əsas tələb quruculuq və bərpa işləri ilə bağlıdır.
Qarabağda işləmək istəyənlər həmçinin Dövlət Məşğulluq Agentliyinin internet səhifəsinə daxil olaraq bütün vakansiya və şərtlərlə tanış ola bilərlər.