Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 17:18
Braziliyada federal polis iyunun 5-dən bəri yoxa çıxan ingilis jurnalist Dom Filips və ona rəhbərlik edən yerli xalqlar üzrə mütəxəssis Bruno Pereyranın Amazonda öldürüldüyünü açıqlayıb.
Sonxeber.net sfera.az-a istinadla bildirir ki, onların Amazon cəngəlliyində araşdırmaları zamanı yoxa çıxması ilə əlaqədar saxlanılan iki nəfər adıçəkilən şəxsləri öldürüb basdırdıqlarını etiraf ediblər. Hadisə ilə bağlı iki qardaş nəzarətə götürülüb. Əməliyyatçı Eduardo Fontes Amarildo da Kosta de Oliveyra adlı şübhəlinin törətdiyi cinayəti ətraflı izah etdiyini və polisi ikilini basdırdığı əraziyə apardığını bildirib. Braziliya polisi İnterpol (Beynəlxalq Kriminal Polis Təşkilatı) ilə birlikdə cəsədlərin şəxsiyyətini müəyyənləşdirəcək.
Hadisə ilə bağlı əlavə həbslər gözlənilsə də, qətlin səbəbləri hələ də araşdırılır.
Filips və Pereira sonuncu dəfə Amazon əyalətinin ucqar bölgəsi olan Javaridə görülüb. Onların ikisi də iyunun 5-də qanunsuz balıq ovu və mədənçilik kimi cinayətlərin törədildiyi bu ərazidə yoxa çıxıblar.