Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2022 11:46
Almaniya, Fransa və İtaliya liderləri - Olaf Şolts, Emmanuel Makron və Mario Draqi Kiyevə səfəri zamanı "qapalı qapılar arxasında" ukraynalı həmkarı Vladimir Zelenskini Rusiya tərəfi ilə danışıqları bərpa etməyə çağırıblar.
Sonxeber.net bildirir ki, bu haqda Almaniyanın "Die Welt" qəzeti yazır.
Qəzet yazır ki, üçlük "gecikib", lakin üç Avropa liderinin birlikdə səyahət etməsi gecikməni kompensasiya edir, çünki bu, "güclü birlik siqnalı verir". Həqiqətən də liderlərin üçü də Ukraynaya Avropa Birliyinə namizəd statusunun verilməsinin tərəfdarı idi.
Bunun müqabilində dövlət və hökumət başçıları "qapalı qapılar arxasında" çox güman ki, Zelenskini Rusiya prezidenti Vladimir Putinlə danışıqlar masasına oturmağa inandırıblar. Çünki onların ölkələrinin dəydiyi iqtisadi ziyan getdikcə pisləşir və kompensasiyası getdikcə çətinləşir", məqalədə deyilir.
Aslan Məmmədov