Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib

Prezident İlham Əliyev Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib

Tarix: 17 Iyun 2022 12:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı. IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak etməsi Foruma olan marağın göstəricisi kimi qiymətləndirildi. Bu Forumun beynəlxalq səviyyədə artıq qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrildiyi bildirildi.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulandı.


Etiketlər:  Prezident İlham Əliyev Şahzadə Türki Faysal Saudu qəbul edib


RƏYLƏR