Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2022 14:20
Xalq artisti Röya Ayxan efir üçün qonorar tələb edilməsi barədə mövzuya münasibət bildirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, pop ulduz bu barədə "Həmin Zaur" proqramına qonaq olarkən deyib. Röya bildirib ki, özü belə bir addım atmaq niyyətində deyil:
"Efirə çıxmaq üçün televiziyalardan pul istəmərəm. Sadəcə olaraq çıxmaram. Mən zatən belə edirəm. Üç il qabaq bu proqramda qonaq olmuşam. Əlbəttə ki, bayram və özəl günlərdə orkestrlə canlı konsert tələb etsəz, o zaman hər kəsin pulunu ödəmək lazımdır.
Biz Rast qrupu ilə belə bir şey etmişdik. Amma sizdən pul istəmədim, onların ödənişini özüm etdim".