Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 07:04
2014-cü ilin iyulunda Kəlbəcərdə ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənovun atası Fərman Həsənov vəfat edib.
Həsən Həsənov 8 il öncə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə yaxınlarının məzarını ziyarət etmək üçün gedərkən girov götürülüb. Həsən Həsənov girov götürüldükdən bir neçə gün sonra ermənilər tərəfindən vəhşicəsinə öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Vətən müharibəsindən sonra erməni əsirliyindən azad edilib.