Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahin Mustafayev Peterburq Forumunda iştirak edib

Şahin Mustafayev Peterburq Forumunda iştirak edib

Tarix: 18 Iyun 2022 08:04

İyunun 15-17-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək məqsədilə Rusiyaya səfər edib.

Nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Ehtiyatları Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər qurumların səlahiyyətli nümayəndələrindən ibarətdir.

Səfər çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədrinin birinci müavini Andrey Belousov, Hökumətin sədrinin müavini Aleksey Overçuk, Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin, sənaye və ticarət naziri Dmitri Manturov, Sankt-Peterburq şəhər Administrasiyasının Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev ilə görüşlər keçirilib.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti, həmçinin 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında iştirak edib.

Nümayəndə heyəti forumun işi və tədbir çərçivəsində müxtəlif pavilyonlar ilə tanış olub, habelə bir sıra digər görüşlər keçirib.

Milli.Az


Etiketlər:  Şahin Mustafayev Peterburq Forumunda iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ