Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 08:40
İmişli sakini arvadını bıçaqlayaraq öldürüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində qeydə alınıb.
Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib.
Onların birgə nigahdan bir övladları var.
Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.