Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 23:10
İyunun 18-19-da Qori bələdiyyəsinin Xurvaleti kəndi yaxınlığındakı işğal olunmuş ərazilərdə Rusiya işğalçı qüvvələrinin nümayəndələri qeyri-qanuni qondarma sərhədləşdirmə prosesinə başlayıblar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Məlumata görə, faktla bağlı dərhal qaynar xətt aktivləşdirilib, EUMM və Cenevrə danışıqlarının həmsədrləri məlumatlandırılıb. Bu məsələ Erqneti İnsidentinin Qarşısının Alınması və Cavab Mexanizminin iclası çərçivəsində, eləcə də Cenevrə Beynəlxalq Müzakirələrində kəskin şəkildə qaldırılacaq.
Bildirilib ki, qeyri-qanuni sərhəd keçidi və onun daxilindəki qeyri-qanuni sərhəd sədləri sərbəst gediş-gəlişi əngəlləyir, yerli əhalinin gündəlik həyatını çətinləşdirir və yerlərdə təhlükəsizlik mühitinə xələl gətirir və işğal qüvvəsi hazırkı proses üçün tam məsuliyyət daşıyır.