Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Çoxlu pul yandırdıq”

“Çoxlu pul yandırdıq”

Tarix: 20 Iyun 2022 15:46

"Mançester Yunayted"in icraçı direktoru Riçard Arnold klubun transfer siyasətini tənqid edib.

"Biz sadəcə olaraq çoxlu pul yandırdıq. Futbolçulara Avropada ən çox - bir milyard funt-sterlinq xərclədik", - deyə o, fanatlarla görüşündə bəyan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssis klubun hazırki vəziyyətindən razı olmadığını bildirib.

"Düşünürəm ki, biz tarixən vəsaitlərimizi o qədər də yaxşı xərcləməmişik. Bu mövsüm dəhşətli bir kabus oldu. Mən onun hər dəqiqəsinə nifrət edirdim", - Arnold əlavə edib.

Milli.Az


Etiketlər:  Çoxlu pul yandırdıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ