Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2022 21:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Rusiya-Ukrayna müharibəsi, böhranın həllinə dair məsələlər müzakirə edilib.
Prezident Ərdoğan qlobal ərzaq böhranının qarşısının alınmasında amil olacaq Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün birgə səyləri davam etdirdiklərini bildirib.