Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 09:00
"Rusiyanın Ukraynaya qarşı müstəmləkəçilik müharibəsi davam etdikcə dünyada ərzaq böhranı davam edəcək".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Afrika İttifaqına müraciətində bildirib.
Onun sözlərinə görə, indi Afrika faktiki olaraq Ukraynaya qarşı müharibəyə başlayanların girovluğundadır.
"Bu müharibə sizin ölkələrinizdən çox uzaq görünə bilər. Amma fəlakətli şəkildə artan ərzaq qiymətləri artıq milyonlarla Afrika, Asiya, Avropa, Latın Amerikasında olan ailələrin evlərinə daxil olub. Bütün qitələrdə Rusiya müharibəsi ilə təhrik edilən ərzaq qiymətlərinin ədalətsiz səviyyəsi ağrılı şəkildə hiss olunur. Amma təəssüf ki, bu, sizin ölkələr üçün xüsusi problemə çevrilə bilər", - Zelenski bildirib.