Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukrayna müharibəsi nə zaman bitəcək? - Şərh

Rusiya Ukrayna müharibəsi nə zaman bitəcək? - Şərh

Tarix: 21 Iyun 2022 18:30

"Artıq 3 gündən sonra 4 ay tamam olur ki, Rusiya Ukraynaya təcavüz edib".

Sonxeber.net bildirir ki, bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Ukrayna ərazisinin 20-25%-i Rusiyanın nəzarəti altındadır: "Ancaq buna baxmayaraq Ukrayna Donestk və Luqanskı mütəmadi olaraq atəşə tutur, Xarkovun müəyyən ərazilərini ələ keçirib. Yəni bir sözlə əks hücumlar davam etdirilir. Son vaxtlar NATO Ukraynaya dəstək göstərir. Artıq Ukraynaya raketlər verilib. Bu gün həmin raketlər vasitəsilə Ukrayna Rusiyanın Qaradənizdəki neft buruqlarını darmadağın edib. Bundan əlavə olaraq əldə edilən məlumatlara görə, Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşən Zmeynıy adasında Rusiyanın silah-sursatları yerləşdirilib. Ukrayna ordusu tərəfindən həmin anbarlar darmadağın edilib.

Müharibənin tezliklə bitəcəyi gözlənilmir. Nə NATO, nə də ki, Amerika müharibənin tezliklə bitməsini istəmir. Rusiya-Ukrayna arasındakı münaqişənin avqust-sentyabr aylarında daha da şiddətlənəcəyi gözlənilir. Bu münaqişənin ilin sonuna qədər davam edəcəyi gözlənilir. Ancaq müharibənin nə zaman bitəcəyi barəsində dəqiq proqnoz vermək çətindir".


Etiketlər:  Rusiya Ukrayna müharibəsi zaman bitəcək Şərh


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ