Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 18:46
"Hicablı qızlar müxtəlif hücumlara, qınaqlara baxmayaraq öz gözəlliklərini hiss etməlidirlər. Biz özümüzü güclü hiss etməliyik və geyindiyimiz hicab bizim üçün güc mənbəyinə çevrilməlidir..."
"Hicabım məni güclü edir" əsəri ilə 2022-ci ildə Konqresin Nyu -Yorkun 14 dairəsi üzrə təşkil etdiyi incəsənət müsabiqəsində qalib gələn amerikalı tələbə Salli Al-Makalani gözlənilməz qələbəsindən sevincini və təəccübünü dilə gətirib.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Əl-cəzirə" kanalına və xarici İslam saytlarına istinadla xəbər verir.
Salli Nyu-Yorkdakı "Renessans" İncəsənət Məktəbinin tələbəsidir. Müsabiqədə nə qədər güclü namizədlərin iştirak etdiyini bildiyi üçün müəlliminin təkidi olmasa, o, yarışda iştirak etməyə cəsarət etməzdi.
Bu müsabiqə ABŞ Konqresi üzvlərinin himayəsi altında hər il bütün regionlarda keçirilir və qalib gələn rəsmlər il boyu Kapitolidə sərgilənir.
Müsəlman qız "Əl-Cəzirə" kanalına verdiyi müsahibədə deyib:
"Müəllim dedi ki, mənim rəsmim çox məna daşıyır, mən də müsabiqədə iştirak etməliyəm və bu, bir çox insanın fikrini dəyişəcək".
"Hicablı qızlar müxtəlif hücumlara, qınaqlara baxmayaraq öz gözəlliklərini hiss etməlidirlər. Biz özümüzü güclü hiss etməliyik və geyindiyimiz hicab bizim üçün güc mənbəyinə çevrilməlidir", - deyə müsabiqənin qalibi bildirib.