Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 15:08
Honkonqun məşhur üzən restoranı "Jumbo Floating Restaurant" şəhərdən çıxarıldıqdan sonra Cənubi Çin dənizində batıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, restoran Xişa adalarından keçərkən "əlverişsiz şəraitlə" qarşılaşıb. Məlumata görə, gəmiyə su dolub və o, çevrilməyə başlayıb.
Şirkət hadisə nəticəsində ölən olmadığını, lakin gəmini xilas etməyin də mümkünsüzlüyünü bildirib. Hadisə yerində dərinlik 1000 metrdən çox olduğu üçün xilasetmə işlərinin aparılması son dərəcə çətinləşib.