Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu kənd 30 ildir qaza həsrətdir

Bu kənd 30 ildir qaza həsrətdir

Tarix: 22 Iyun 2022 23:40

"30 ildən çoxdur ki, yaşadığımız Şəmkir rayonunun Aşağı Seyfəli kəndində mavi yanacaq olmaması səbəbindən çox əziyyət çəkirik. Kəndin meşə zolağından da kənarda yerləşdiyini nəzərə almağınızı və bu kəndin qazlaşdırılması işində bizə yardımçı olmağınızı sizdən xahiş edirik".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, həqiqi hərbi xidmət əlili Kərim Nəsibov "Açıq mikrofon" aksiyası zamanı bildirib.

Görüşdə çıxış edən kənd sakinləri ünvanlanan müraciətlərin SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə çatdırılmasını xahiş ediblər. Vətəndaşlar tərəfindən ünvanlanan hər bir müraciət Birlik rəsmiləri tərəfindən qeydiyyata alınıb, araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib.


Etiketlər:  kənd ildir qaza həsrətdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ