Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toy karvanında və “Son zəng”də avtoxuliqanlıq etdilər - VİDEO - FOTO

Toy karvanında və “Son zəng”də avtoxuliqanlıq etdilər - VİDEO - FOTO

Tarix: 23 Iyun 2022 13:00

Şəmkir rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayon sakini Arzuman Nağdəliyev "Vaz" markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə qəza törətmiş və avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşıb.

Sosial şəbəkələrdə "Son zəng" tədbirində "Vaz" markalı avtomobil ilə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə sürücü də polis əməkdaşalrı tərəfindən saxlanılıb. Hər iki sürücü barəsində protokol tərtib edilərək aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Hazırda sonuncu görüntülərdəki digər avtomobil sahiblərinin kimliklərinin müəyyən edilməsi istiqamətin araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Toy karvanında Son zəngdə avtoxuliqanlıq etdilər VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ